Hikmət Hacıyev Ceffri Saksla fikir mübadiləsi aparıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kolumbiya Universitetinin Dayanıqlı İnkişaf Mərkəzinin direktoru Ceffri Saks ilə danışıqlar aparıb.

XQ xəbər verir ki, bu barədə Hikmət Hacıyevin "X" sosial media hesabında paylaşım edilib.

"Bakıya səfəri çərçivəsində dünyaşöhrətli iqtisadçı professor Ceffri Saks ilə maraqlı bir müzakirəmiz oldu. Həmçinin Xəzər regionu konsepsiyası, Azərbaycanın orta güc kimi artan rolu, sülh gündəliyimiz və regionun taleyinin region ölkələri tərəfindən müəyyənləşdirilməsinin əhəmiyyəti barədə fikir mübadiləsi apardıq. Onun Şərq–Qərb marşrutu boyunca elektrik avtomobilləri ilə həyata keçirilən "Marco Polo – Drive of Peace" təşəbbüsü dialoqun, əməkdaşlığın və qarşılıqlı əlaqələrin təşviqi baxımından ilhamverici nümunədir", - paylaşımda qeyd olunub.

 

Siyasət