Uşaqların rəqəmsal təhlükəsizliyi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilir

post-img

Dünyada uşaqların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi istiqamətində yeni mərhələ başlayıb. Məlumata görə, artıq 40-dan çox ölkə azyaşlıların sosial media platformalarından istifadəsini məhdudlaşdıran qanunlar qəbul edib və ya belə qanunlar hazırlayır.

Mütəxəssislər bildirirlər ki, bu addımların əsas səbəbləri uşaqlar arasında kibertəhdidlərin, kiberbullinq hallarının artması, eləcə də sosial şəbəkələrin psixoloji sağlamlığa mənfi təsirləri ilə bağlı aparılan elmi araşdırmalardır.

Qeyd olunur ki, Azərbaycan da rəqəmsal məkanda uşaqların təhlükəsizliyinin gücləndirilməsi istiqamətində tədbirlər görərək bu qlobal tendensiyaya qoşulub. Məqsəd yetkinlik yaşına çatmayanların internetdə zərərli məzmundan qorunması və onlar üçün daha təhlükəsiz rəqəmsal mühitin formalaşdırılmasıdır.

Ekspertlər hesab edirlər ki, rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə uşaqların hüquq və təhlükəsizliyinin qorunması yaxın illərdə bir çox ölkələrin dövlət siyasətində prioritet mövzulardan biri olaraq qalacaq.

XQ

Sosial həyat