Borçalı ovqatlı saz-söz məclisi

post-img

“Borçalı Cəmiyyəti” İctimai Birliyi bu qədim diyarımızın dəyərli ziyalısı, yazıçı-jurnalist, Azərbaycan Texniki Universitetində çıxan “Ziya” qəzetinin və bir neçə saytın baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, Prezident mükafatçısı Müşfiq Borçalının yubiley məclisini keçirib. 

“Göyərən arzular” adlanan ədəbi-bədii məclisini “Borçalı Cəmiyyəti”nin sədri Ramiz Həsənov açıb və yubilyara onun foto-əksi olan xalça hədiyyə edib. Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu Müşfiq Borçalının həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edib. Görkəmli siyasi və dövlət xadimi, diplomat, alim, tarix elmləri doktoru Həsən Həsənov, tanınmış jurnalist, İTV-nin sabiq rəhbəri, Əməkdar incəsənət xadimi İsmayıl Ömərov, AzTU Hİ Komitəsinin sədri Elvin Bəxtiyarlı universitetin rəhbərliyi adından təbriklərini çatdırıb. AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, Ədəbiyyat İnstitutunun icraçı di rektoru, dosent Mehman Həsənli, şöbə müdirləri, professorlar Asif Rüstəmli, Bədirxan Əhmədov, AzTU-nun kafedra müdiri Həbib Mirzəyev və başqaları çıxış edərək Müşfiq Borçalının insani və yaradıcılıq məziyyətlərindən danışıb, ona ən xoş arzularını bildiriblər. 

Müşfiq Borçalı (Müşviq Mə[1]dəd oğlu Çobanov) 1970-ci ilin yanvarında qədim Borçalı maha[1]lında, indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub. A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji Universitetinin rus filologiyası fakültəsinin Azərbaycan bölməsinə daxil olub. Eyni zamanda, həmin universitetin ictimai peşələr fakültəsində oxuyub. Təhsilini[1]Azərbaycan Dövlət Pedaqoji Universitetində davam etdirib və 1992-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Müxtəlif illərdə AzTU-da pedaqoji fəaliyyətlə məşğul olub. Uğurla dissertasiya müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Hazırda elmlər doktorluğu üzrə dissertasiyasını müdafiə etməyə hazırlaşır.

İstedadlı qələm sahibi “Ağır elli Borçalı”, “Borçalı toponimləri”, “Çağdaş Borçalı ədəbi məktəbi” kimi ilk kitablarından başlayaraq, 7 cildlik “Sazlı-Sözlü Başkeçid”, “Bolnisi: Dünən və bu gün” kimi kitabla rın, sanballı ensiklopedik topluların müəllifidir. Naşir, tərtibçi və redaktor kimi də bir çox kitab və məcmuələri araya-ərsəyə gətirib. Dəfələrlə Bakı, Tiflis, Varşava, Paris, Sankt-Peterburq və İstanbulda keçirilmiş beynəlxalq konfranslarda, sərgi və simpoziumlarda iştirak edib, çoxsaylı mükafatlara layiq görülüb. Bir çox görkəmli alim mətbu orqanlarda Müşfiq Borçalının yaradıcılığı haqqında məqalələr yazıb.[1]

Məclisdə Aşıq Avdı, Aşıq Ramin, Aşıq Fikrət, Aşıq Ataxan saz havaları ilə yubilyara həsr olunmuş şeirləri səsləndiriblər.

 

Mədəniyyət