Gədəbəydə “Sazlı-sözlu Kəlağayı günləri”

post-img

6 may, 2024-cü il tarixində Gədəbəy  rayonu,  Gədəbəy Aşıq Məktəbində  Gədəbəy rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin  dəstəyi və  “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin və Kəlağayı Muzeyinin birgə təşkilatçılığı ilə “ Sazlı-sözlu Kəlağayı günləri” adlı layihə çərçivəsində tədbir keçirildi. Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Muzeyinin direktoru, ''Sazlı Sözlü Kəlağayı Günləri'' layihəsinin rəhbəri Güllü Eldar Tomarlı açdı, kəlağayı haqqında geniş məlumat verdi . Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan himni səsləndirdi. 
Kəlağayımıza həsr olunmuş tədbir aşıqlarımızın, şairlərimizin ifasında tamaşaçıla xoş ovqat bəxş  etdi.

   Tədbirdə Gədəbəy Aşıq Məktəbinin direktoru Azər Əkbərov, Gədəbəy Mədəniyyət Mərkəzinin direktoru  Elmira Hacıyeva, Mirvarid Dilbazi Poeziya Məclisinin üzvləri , şairlər- Səringül Sadə, Brilyant Atəş, Sabahinfo.saytından redaktor müavini  Elnarə Həziyeva,  aşıqlardan Mübariz Cəfərov, Əlviz Əsgərov, Şahin Əkbərov, Zülfüqar Şamilov, Toğrul Qurbanov, Dilqəm Bağırov, balaba nda Tahir İsgəndərov, kitabxana müdiri Pənah Zeynalov qiraətçi Şəha Ələsgərova  şagirdlərdən Burla Qurbanova  kəlağayı haqqında şeirlər söylədilər, aşıq mahnıları ifa etdilər, kəlağayı haqqında maraqlı xatirələr söylədilər.
 ''Nağara'' qrupunun çıxışı alqışlarla qarşılandı.
Kəlağayı nənələrimizdən bizə qalan ərmağandı,, əsrlərin yadigarıdır.. Kəlağının təbliğatı çox vacibdir.
Kəlağayı 2014- cü ildə Azərbaycan Respublikasının  birinci vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri Maddi Mədəni İrs üzrə Peprezentativ siyahasına daxil edilib və beynəlxalq səviyyədə tanıdılmasına səbəb olub. Bu il bu əlamətdar hadisənin 10 illik yubileyidir. Bu münasibətlə Azərbaycanın ali təhsil ocaqlarında, ümumtəhsil məktəblərində, müxtəlif bölgələrdə  silsilə tədbirlər keçirilir və ilin sonuna qədər davam etdiriləcək.

Belə tədbirlərin keçirilməsində məqsəd xalqımızın milli-mənəvi dəyərlərini gənc nəsillərə tanıtmaq, sevdirmək, təbliğ etmək, kəlağayımızın əzəlki şan-şöhrətini özünə 
qaytarmaqdır.
Sonda xatirə şəkilləri çəkildi.







Mədəniyyət