Ermənistan noyabrda sülh müqaviləsinin imzanması ilə razıdır

post-img

Noyabr ayına qədər sülh müqaviləsi bağlamaq ideyası ilə razıyam. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün mətbuat konfransında bildirib. Məlumatı Ermənistanın “Nyus.am” saytı yazıb. 

“Bunun üçün sülh müqaviləsində açıq olan və danışıqlar platformalarında razılaşdırılan bütün prinsipləri təsbit etmək lazımdır. Bu prinsiplər bəyan edilməli və imzalanmalıdır, mən bu məntiqlə razıyam. Ümid edirəm ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin yaxın vaxtlarda Almatıda keçiriləcək görüşündə bu irəliləyiş qeydə alınacaq”, - Paşinyan bildirib.

P.ƏMİRCANOV
XQ

Dünya