Səhnədə “Ümid nəğməsi”

post-img

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində gənc dramaturq Pərviz Seyidlinin pyesi əsasında hazırlanan “Ümid nəğməsi” adlı tamaşanın premyerası keçirilib. 

Qeyd edək ki, tamaşa Özbəkistanın paytaxtı Daş­kənddə keçiriləcək “Uşaqlar XXI əsrdə” I Beynəlxalq Uşaq Teatrları Festivalı üçün hazır­lanıb.

Sənhə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Mirkazımov, quruluşçu rəs­samı Nisə Həsənova, musiqi tərtibatçısı Zaur Rəşidovdur. Psixoloji dram janrında ha­zırlanan tamaşada aktyorlar Sevinc Əziz, Sənan Kazımov, Nurlan Süleymanlı, Hüseyn Bayramov və Səbinə Məm­mədzadə iştirak ediblər.

Autizm xəstəsi olan oğlanın ailəsi ilə yaranan mürəkkəb münasibətlərinin fonunda bəşəri duyğularla həmahəng səslənən əsərdə insan həssaslığının vacib­liyindən, dar məqamda adi təsəlliedici sözün belə ümid nəğməsinə çevrilməsindən bəhs edilir. Bu nəğmənin sədası isə tamaşada göstə­rildiyi kimi, zəlzələ zamanı dağıntılar altında qalan in­sanların xilasına çevrilə bilər.

Premyerası uğurla keçən əsərin əsas məramı huma­nizm və təəssübkeşlik hiss­lərinin insanlığın əsas xilası olduğunu vurğulamaqdır.

XQ

Mədəniyyət