“Drakula” – qorxunc macəralar romanı

post-img

Bir çox xalqların dilinə tərcümə olunaraq çap edilmiş məşhur “Drakula” əsəri irland yazıçısı, romançı, qısa hekayələr müəllifi və teatr tənqidçisi kimi tanınmış Brem Stokerin qələminin məhsuludur. Bu roman ilk dəfə 1897-ci ildə İngiltərədə çap olunub. 

Maraqlıdır ki, tənqidçilərin heyran­casına etiraflarına baxmayaraq, müəl­lifin sağlığında “Drakula” ona qazanc gətirə bilməyib. Brem Stoker son gün­lərini yoxsulluq içində yaşayıb, hətta Kral Ədəbiyyat Fonduna mərhəmət qrantı verilməsi barədə sənəd təqdim edib.

“Drakula”nın 1922-ci ildə ekranlaş­dırılması sayəsində əsərə 2-ci nəfəs verilib. Alman rejissor Fridrix Vilhelm Murnau yazıçının ailəsindən icazə al­madan, romanın motuvləri əsasında səssiz “Nosferatu” dəhşət filmini çəkib. Bununla bağlı qızışan mübahisələr fo­nunda cəmiyyətdə əsərin ilkin mənbə­sinə maraq yaranıb. Romanın növbəti uğurlu kinoversiyası isə 1992-ci ildə təqdim olunub. Eyniadlı fantezi (ədə­biyyatdan götürülmə – Ə.D.) əsərini amerikalı rejissor Frensis Ford Koppo­la çəkib. Həmin film 3 “Oskar”a layiq görülüb.

Epistolyar kult romanı janrında qələmə alınmış əsərin baş qəhrəmanı əsilzadə-vampir, qraf Drakuladır. Əsər başdan-başa qəhrəmanların qeydləri, məktubları və gündəlikləri əsasında qurulub. İngilis romantizminin maraqlı nümunələrindən olan “Drakula” roma­nında oxucu gerçək sevginin, etibarın, güvəncin qüdrətini həyəcan və dəhşət­lə izləyir. 

“Oskar” mükafatları almış filmdə, eyni zamanda, ölüb-dirilən Drakula­nın zühurundan xəbərsiz olan gənc hüquqşünas Conatan Harkerin əzablı sərgüzəşti diqqət çəkir. O, Transilva­niyaya yollanır ki, bir qrafa İngiltərə­dən daşınmaz əmlak almaqda kömək göstərsin. Əsilzadə onu sevimli qona­ğı kimi qarşılayır. Amma sövdələşmə başa çatandan sonra hər şey dəyişir – qorxunc həqiqətləri öyrənmiş hüquq­şünas qədim qəsrdə girov saxlanır...

Bir sözlə, ingilis romantizminin ma­raqlı nümunələrindən sayılan “Drakula” öz mahiyyəti etibarı ilə bütün qorxulara qalib gələnlərin romanıdır. Həyəcan dolu dramatik anlarla zəngin əsər oxu­culara əsl bədii zövq aşılayır. 

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət