Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor, tanınmış şair Mahirə Nağıqızının 65 illik yubileyi münasibətilə şair-publisist Zaur Ustacın “Mahirə Nağıqızı - 65” monoqrafiyası çap edilib.
Kitabın məsləhətçisi tanınmış ədəbiyyatşünas Qurban Bayramov, redaktoru Hacıxanım Aida, naşiri isə Tuncay Şəhrilidir.
6 fəsildən ibarət kitabda müəllifin Mahirə Nağıqızının bayatı, şeir, hekayə və məqalələri haqqında yazdığı şərhləri və məqalələri toplanıb. Yubilyarın yaradıcılıq üslubunun, estetik görüşlərinin təhlili baxımından böyük əhəmiyyət kəsb edən monoqrafiya ölkənin əsas kitabxanalarının kitab fondlarına hədiyyə olunmaqla yanaşı, elektron kitab formatında da yayımlanıb.
Ə.ƏLİYEV
XQ

