“Tretyakovkanın şah əsərləri. Şəxsi baxış”

post-img

Bakı Kitab Mərkəzində tanınmış rusiyalı sənətşünas, Rusiya Dövlət Tretyakov Qalereyasının keçmiş baş direktoru Zelfira Trequlova ilə görüş keçirilib.

Gecədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər. 

Görüş çərçivəsində Zelfira Trequ­lovanın “Tretyakovkanın şah əsərləri. Şəxsi baxış” kitabının təqdimatı olub. 

Tədbirdən əvvəl müəllif müsahibə­sində bu kitabın ərsəyə gəlməsində nədən ilham aldığından danışıb: “Tret­yakov Qalereyasında saxlanılan rus və sovet rəssamlarının əsərləri bu kitabın yazılmasına ilham verib. Bu sənətkar­lar arasında mənim üçün çox böyük əhəmiyyət kəsb edən dahi sənətkar Tahir Salahov var. Buna görə də kitab onun yaratdığı Qara Qarayevin portreti və digər görkəmli rəssam Erik Bula­tovun əsəri haqqında hekayə ilə başa çatır”.

Əməkdar incəsənət xadimi Emin Məmmədov tədbiri açaraq, bir çox la­yihənin təşkilatçısı olan sənətşünas Zelfira Trequlovanın fəaliyyəti haqqın­da danışıb. “2015-ci ildə Zelfira xanım Venesiya Biennalesindəki Azərbaycan Milli Pavilyonunda olub, burada Heydər Əliyev Fondu, Azərbaycan Milli İn­cəsənət Muzeyi, Müasir İncəsənət Mu­zeyinin kolleksiyasından 1960-1980-ci illərin rəssamlarının əsərləri təqdim edilib. Həmin an sərgimizi görən Zelfi­ra xanım bildirib: “Mən bu sərgini Tret­yakov Qalereyasında keçirməliyəm”. 2016-cı ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və fondun vitse-prezidenti Leyla Əliye­vanın iştirak etdiyi “Abşeronun bürcü” adlı sərginin qalereyada açılışı olub. Bu sərgidən sonra “Abşeronun bürcü” Sankt-Peterburqda nümayiş olunub”.

Sonra söz kitabın müəllifi Zelfi­ra Trequlovaya verilib. O, Rusiyadan kənarda ilk dəfə kitabının təqdimatı­nın məhz Azərbaycanda – sevdiyi və məmnuniyyətlə gəldiyi Bakıda keçi­rilməsindən şad və xoşbəxt olduğunu xüsusi vurğulayıb. 

O, Leyla Əliyevaya və Heydər Əli­yev Fonduna minnətdarlığını bildirib. 

Tədbirin sonunda kitabın müəllifi görüş iştirakçılarının suallarını cavab­landırıb. 

Qeyd edək ki, “Tretyakovkanın şah əsərləri. Şəxsi baxış” kitabında XIX və XX əsr Rusiya rəssamları İlya Re­pin, Mixail Vrubel, Kazimir Maleviç və başqalarının məşhur rəsmləri təsvir olunub. Müəllif dünya sənət tarixində hansı rəsmlərin ona nə üçün ən əhə­miyyətli göründüyü barədə bəhs edir.

XQ



Mədəniyyət