Murad Məmmədov Avropa çempionu oldu

post-img

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatında yarışların ikinci günü yunan-Roma güləşçiləri döşək üzərinə çıxıblar. 

Dünən 4 güləşçimiz medallar uğrunda müba­rizə aparıb. Soydaşımız Murad Məmmədov (63 kq) finalda Aleksandr Qruşini (Ukrayna) 2:1 hesabı ilə məğlub edərək ilk dəfə Avropa çempionu olub. Rəşad Məmmədov (55 kq) isə Artem Deleyana (Moldova) 3:5 hesabı ilə uduzub.

Bürünc medal üçün güləşən İslam Abbasov (87 kq) Jan Belenyuka (Ukrayna) uduzub – 1:2. Digər bürünc mübarizəsində Beka Kandelaki (130 kq) Oskar Marviki (Norveç) 2:2 hesabı ilə məğlub edərək, Avropa çempionatında 3-cü yeri tutub. 

XQ

İdman