Tbilisidə Zəfər Günü qeyd olunub

post-img

Noyabrın 6-da Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Tbilisidə Şota Rustaveli adına Milli Teatrda 8 Noyabr Zəfər Günü münasibətilə bayram şənliyi keçirilib.

Bayram konsertini Azərbaycan və Gürcüstan parlamentlərinin deputatları, Qazaxıstanın və Türkmənistanın səfirləri, Türkiyə səfirliyinin əməkdaşları, hər iki ölkənin dövlət və hökumət rəsmiləri, SOCAR-ın Gürcüstan nümayəndəliyinin, AZEBİ-nin rəhbərliyi və üzvləri, icma üzvləri, ictimaiyyət nümayəndələri izləyiblər.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev dövlətimizin sülhsevər siyasəti, torpaqlarımızın işğaldan azad olunması üçün atılmış diplomatik addımlar barədə ətraflı məlumat verib. O, Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycana göstərdiyi böyük maddi və mənəvi dəstəyi yüksək qiymətləndirərib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov Vətən müharibəsi zamanı xalqımızın və dünya azərbaycanlılarının birliyindən danışıb. Milli Məclisin deputatı Arzu Nağıyev savaş dövründə Gürcüstan dövlətinin hava məkanını bağlamasını yüksək qiymətləndirib.

Sonra mərasimi konsert proqramı ilə davam edib. Müğənni Zamiq Hüseynov vətənpərvərlik mövzusunda mahnılarla, Gürcüstanın Dövlət Rəqs Akademiyasının “Erisioni” dövlət ansamblı rəqs nömrələri ilə çıxış edib.

XQ

Son xəbərlər