Gürcüstan ombudsmanı Marneulidə Azərbaycan mədəniyyəti nümunələri ilə tanış olub

post-img

Gürcüstanın xalq müdafiəçisi (ombudsman) Levan İoseliani Marneuli şəhərində olub, burada yerli sakinlər, media və vətəndaş sektorunun nümayəndələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Kvemo Kartli bölgəsində vətəndaşların sosial vəziyyəti, dövlət xidmətlərinin yerinə yetirilməsində, o cümlədən yaşlılar üçün nəzərdə tutulan xidmətlərdə yol verilən nöqsanlar, təhsil sahəsində mövcud problemlər, erkən nikah və bələdiyyə səviyyəsində qərarların qəbulu prosesinə mülki sektorun cəlb edilməsi məsələləri diqqət mərkəzində olub.

Ombudsman Marneuliyə səfəri zamanı rayonun mədəni irsi, o cümlədən çay süfrəsi, Azərbaycan rəqsləri və xalçaçılıq ənənələr, digər mədəniyyət nümunələri ilə tanış olub.

Bildirilib ki, media və vətəndaş cəmiyyəti layihəsi çərçivəsində bu cür görüşlər Gürcüstanın üç regionunda - Kvemo Kartli, Acarıstan və Samtsxe-Cavaxetiyada keçiriləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Mədəniyyət