“Xromatik xəyallar”. Sərgi müzakirəsi

post-img

  “Gazelli Art House” rəssamlıq qalereyasında rəssamlar Lali Bünyatova və Farhad Nikfamın təqdimatında “Xromatik xəyallar” adlı tədbir keçirildi. Burada, “Qrup sərgisinin əsas konseptinin açılması” mövzusunda sərginin əsas ideyası nədir və hər bir iştirakçı bunu necə şərh edir, “Fərdi konseptlər və bədii mesajlar” mövzusunda “rəssamlar fərdi konsepsiyaları necə ortaya qoyur və təqdim etdikləri əsərlər hansı mesajları verir, “Müəllif narahatlığı: sosial, psixoloji və ya estetik mövzuda “rəssamları daha çox hansı aspektlər maraqlandırır: sosial, psixoloji, yoxsa estetik mülahizələr və digər məsələlər müzakirə olundu.  
   Qeyd edək ki, sərgidə rəssamlar çəkdikləri rəsmlərlə forma və perspektivə olan yanaşmaları ilə genişlənmiş reallığa qarışan unikal təxəyyül dünyalarına baxış təqdim edirlər. Ekspozisiyada nümayiş olunan hər bir əsər rəssamların rəng çalarlarından canlı və dinamik istifadəsini nümayiş etdirərək, onların emosional fonuna pəncərə rolunu oynayır.   

   Fidan SALMANOVA

   XQ

   





Mədəniyyət