“MədəniyyətimİZ” layihəsinin növbəti görüşü Tahir İmanov və Bəhram Bağırzadə ilə olacaq

post-img

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər proqramı çərçivəsində “MədəniyyətimİZ” layihəsinin növbəti görüşü Azərbaycan Respublikasının Əməkdar artistləri Tahir İmanov və Bəhram Bağırzadə ilə olacaq.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə “İRƏLİ” İctimai Birliyinin Mətbuat xidmətindən bildirilib. YARAT Müasir İncəsənət Mərkəzində baş tutacaq görüşdə əsrin çempionları Ulu Öndər Heydər Əliyevlə bağlı ən maraqlı xatirələrini bölüşəcək. Tədbir müddətində həmçinin “Sağlam milli yumorun inkişafında Heydər Əliyev amili” və “Teatral satiranın günümüzdə əhəmiyyəti və cəmiyyətdə nüfuzu” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur. Tədbirin bədii hissəsində gənc müğənnilərin ifasında populyar musiqi nümunələri təqdim olunacaq.

Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır. Layihə çərçivəsində indiyədək müxtəlif mədəniyyət xadimləri ilə görüşlər həyata keçirilib. Tədbirlərin il ərzində davam etməsi planlaşdırılır.

Görüşdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/sxy47 

Mədəniyyət