Bu gün M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalının səhnəsində “Şərq və Qərbin astanasında” adlı konsert keçirildi.
“Xalq qəzeti” xəbər verir ki, konsertdə Respublika və beynəlxalq müsabiqələr laureatları, solistlər Aytən Rüstəmli (kamança) və Canel Nəcəfli (violin), Əli Talıbov (piano), Kənan Sadıqov (kontrsaz), Cəfər Həsənovun (kajon) müşaiyəti altında öz ifalarını dinləyicilərə təqdim etdilər.
Qeyd edək ki, musiqili gecədə yerli bəstəkarlardan Tofiq Quliyevin, Vasif Adıgözəlovun, əcnəbilərdən isə Astor Piazzolla, Yohannes Bramsın əsərləri səslənib.
Anar Əli,
“Xalq qəzeti”