Beynəlxalq Muğam Mərkəzində şair-publisist Əkbər Qoşalının 50 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsinə onun dostları, qələm yoldaşları toplaşmışdılar.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qonaqları, o cümlədən türkdilli ölkələrdən gələrək tədbirə qatılan şeir-sənət adamlarını salamlayaraq, yubilyar haqqında fikirlərini dilə gətirdi. TÜRKSOY Yazarlar Birliyinin sədr müavini Səlim Babullaoğlu bildirdi ki, 25 il öncə təsis edilmiş “Dünya Gənc Türk Yazarlar Birliyi”nin yaradıcısı olan Əkbər Qoşalı qardaş xalqlar arasında ədəbi əlaqələrin möhkəmlənməsi sahəsində dəyərli fəaliyyət göstərib.
Digər çıxışçılar qeyd etdilər ki, Əkbər Qoşalı yazıb-yaratmaqla yanaşı, ədəbiyyatımızın ardıcıl şəkildə təbliğinə, türkdilli ölkələr və xalqlar arasında ədəbi mübadilə işinin təşkilində fəal iştirak edib və çoxlu uğurlar qazanıb.
Tədbirdə Əməkdar artist Nuriyə Hüseynovanın və digər sənət adamlarının, həmçinin gənc aşıqların ifasında Əkbər Qoşalının sözlərinə yazılmış mahnılar ifa olundu.
F.HÜQUQQIZI, “Xalq qəzeti”