Marsda aparılan araşdırmalar göstərir ki, təxminən üç milyard il əvvəl bu planet su ilə dolu olub. Alimlər hələ də Marsın qədim okeanlarında nə baş verdiyini anlamağa çalışırlar.
Skripps Okeanoqrafiya İnstitutunun, San Dieqo və Berklidəki Kaliforniya Universitetinin (ABŞ) alimləri yeni araşdırmalarında NASA-nın “InSight” Marsa eniş aparatının seysmoloji məlumatlarına əsaslanaraq bu planetin litosfer qatını modelləşdiriblər. Hesablamalar göstərir ki, su planetin səthindən 10-20 kilometr dərinlikdə toplana bilər. Orada temperatur və təzyiq parametrlərinə görə nəzəri olaraq maye qalmalı və donmamalıdır, onun həcmi isə Marsın bütün səthini bir neçə kilometr dərinlikdə okeanla doldurmağa kifayət edə bilər.
Potensial su yataqlarının dərinliyinə görə onlara çatmaq qətiyyən mümkün deyil. Lakin bu, tədqiqatçıların Mars sularında mümkün həyat haqqında nəzəriyyələr qurmasına mane olmur: “Marsda yeraltı su anbarı niyə Yerdəki kimi yaşamaq üçün əlverişli olmasın? Bizim planetdə həyat çox dərin mədənlərdə, okeanların dibində mövcuddur. Hələ Marsda onun heç bir izi tapılmayıb, amma indi onun, prinsipcə, ola biləcəyi yeri bilirik”,- Berkli Universitetindən planetoloqu Maykl Manqa deyir.
S.ELAY
XQ