Zelandiya qitədirmi?

post-img

Neçə qitəni bilirsiniz? Altı, yoxsa yeddi? Yəqin ki, sizi təəccübləndirəcək ki, Yer kürəsində Zelandiya adlı başqa bir (gizli) qitə var. Kəşfin özü yeni deyil, bəzi
geoloqlar arasında onun mövcudluğu ilə bağlı mübahisə uzun illərdir ki, davam
edir. Lakin 2017-ci ildə bir qrup elm adamı Zelandiyanın su basmış qitənin bütün tələblərinə cavab verdiyi qənaətinə gəlib.

Hazırda Zelandiya dünyanın 8-ci qitəsi kimi təklif olunur. Araşdırmalara görə, Zelandiya coğrafi qitədir (mikro qitə və ya kontinental hissə deyil) və təxminən 4,9 milyon kvadratkilometr ərazini əhatə edir, 94 faiz su və Yeni Zelandiyanın Şimal və Cənubi adaları, Yeni Kaledoniya və digər adalardan ibarət qurudan ibarətdir.

Bu qitənin Avstraliyadan 85 milyon il öncə qoparaq ayrıldığı bildirilir.

Maraqlı