“Qara dəlik”

post-img

“Qara dəlik”lər görünməzdir? Onların cazibə qüvvəsi o qədər böyükdür ki, hətta işıq onlardan keçə bilmir. Nəticədə “qara dəliy”i vizuallaşdırmaq üçün edilən
hər hansı bir cəhd gözlənən nəticələri vermədi. Lakin 2019-cu ildə astrofiziklər onların, əslində, nəyə bənzədiyini təsdiqləyə bildilər.

Boston Universitetinin astronomları Alan Marsher və Svetlana Jorstad və 200 beynəlxalq əməkdaşdan ibarət komanda, nəhayət, “qara dəliy”in ilk şəklini çəkə
bildilər.

Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə əsaslanaraq, bunun elm
adamlarının təsəvvür etdiyi kimi göründüyünü aşkar etdilər.

Araşdırmaçılar öncə yalnız bir “qara dəlikli” qalaktikanı müəyyən etmişdilər.
Onun adı (Süd yolu) “Milky Way”dır. Lakin sonralar, astronomiya və astrofizika
alimlərinin təkmilləşdirdikləri alətlərin hesabına, qalaktikada 25 milyona yaxın
böyük və kiçik ölçülü “qara dəliyə” malik ulduzların olduğunu təsbit etdilər.

Elm