İsti su niyə tez donur?

post-img

İsti su soyuq sudan daha tez donur. Bu fakt ilk baxışdan inandırıcı görünmür, amma doğrudur. Erasto Mpemba adlı tanzaniyalı tələbə isti dondurma qarışığının soyuq dondurma qarşığından daha tez donduğunu kəşf edib.

Hazırda bu Mpemba effekti adlanır. Səbəb isə isti su hissəciklərinin sürətlərinin müəyyən bir nizama sahib olmasıdır ki, bu da onların daha tez dondurulmasına imkan verir. Mpemba effektinə səbəb olan amillərdən biri maye kütləsidir. Məsələn, 30 °C və 70 °C tarazlıq temperaturlarında bərabər həcmli mayelər soyudulur və 70 °C su buxarlandığı üçün kütləsini itirir və digər mayedən daha tez donur.

Pünhan ƏFƏNDİ, “Xalq qəzeti” 

Elm