Sıfır mənasız deyil

post-img

Sıfır hətta bizim üçün çətin bir anlayışdır. Kiçik uşaqlar isə sıfır rəqəmini
digər rəqəmlərdən gec başa düşürlər və çox vaxt onun birdən az və ya daha
çox olduğunu müəyyən etməkdə çətinlik çəkirlər.

Arılar kiçik beyinləri ilə sıfır klubuna qoşulmaq üçün çətin bir namizəd kimi görünə
bilər. Ancaq onlar təəccüblü dərəcədə yaxşı inkişaf etmiş rəqəmsal bacarıqlara malikdirlər. Alimlər arıların sıfırın mənasını anladığını müəyyən ediblər.

Xatırladaq ki, sıfır bir anlayış kimi qədimlərdən bəllidir. Onu Babil və Maya
yazılarında görmək mümkündür. Fəsillərin keçidini göstərmək üçün istifadə
edilib. Qədim alimlər isə sıfırla hər hansı bir rəqəmin “yoxluğunu” bildirirdilər .
Sıfır bir rəqəm kimi ilk dəfə Hindistanda qəbul olunub.

Maraqlı