Bakı Ali Neft Məktəbi TEKNOFEST-in qalibi olub

post-img

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri növbəti dəfə TEKNOFEST-in qalibi oldular.

AZƏRTAC xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçirilən TEKNOFEST-2025 texnologiya festivalında BANM-ın iki komandası uğura imza atıb.

“Qızılqaya BHOS” komandası texnologiyalar kateqoriyası üzrə l yerə layiq görülüb və qızıl medal qazanıb.

Komandanın üzvləri - proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının lV kurs tələbələri Zahid Abdullayev, Eliana Səttarova, Fidan Məmmədli, Murad Şərifov və kimya mühəndisliyi ixtisasının lV kurs tələbəsi Mustafakamal Musayevdir.

Elmi rəhbəri isə məktəbin İnnovasiyalar və tədqiqatlar mərkəzinin müdiri Emiliya Əhmədovadır.

“Xudafərin BHOS” komandası isə tədqiqat layihələri – ətraf mühit və enerji kateqoriyası üzrə lll yerə layiq görülərək bürünc medal əldə edib.

Komandanın üzvləri kimya mühəndisliyi ixtisasının lV kurs tələbələri Elnur İslamov, Elnur Məmmədov, Nihad Səfərli, Nəzrin Əfəndiyeva və İlham Kərimlidir. Elmi rəhbəri isə BANM-ın Kimya kafedrasının müəllimi Aysel Məmmədovadır.

Böyük uğur münasibətilə komandaları şəxsən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təbrik edib və kuboku təqdim edib.



Son xəbərlər