Dələduzlara qarşı əməliyyat tədbiri

post-img

Polis əməkdaşlarının martın 15-də və 16-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Məlimatı DİN-in mətbuat xidməti verib. 

Həmin günlərdə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 19 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər