Şimal bölgəsindən 619 şagird riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal turuna keçib

post-img

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 619 şagirdi Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turuna vəsiqə qazanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər edir ki, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında uğur qazanan 229 nəfərdən 69-u Xaçmaz, 59-u Quba, 30-u Qusar, 37-si Siyəzən, 34-ü Şabran məktəblisidir.

Məktəblilərarası fənn müsabiqələrində isə şimal bölgəsindən 390 şagird uğur qazanıb. Ən çox (182 şagird) riyaziyyat fənni üzrə yarımfinal turuna vəsiqə əldə edilib.

Yarımfinal mərhələsi aprelin 27-də keçiriləcək.

Elm