AMEA Rəyasət Heyətinin iclası

post-img

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli ötən ilin noyabrında “Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar” mövzusunda konfrans təşkil edildiyini, Nobel mükafatı laureatları Əziz Səncər və Məhəmməd Yunusla görüşlər keçirildiyini xatırladıb. AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyevin mövzu ilə bağlı məruzəsi dinlənilib.

İclasda “AMEA-nın 2025–2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi”nin hazırlanması haqqında müzakirə aparılıb, müvafiq komissiya və işçi qrupu yaradılıb. Akademiya institutlarında bu il aparılmış elmi-tədqiqat işlərinin yekunları da müzakirə edilib. Sonra

AMEA–TÜBİTAK birgə elmi layihə müsabiqələrinin keçirilməsi, “Çingiz Aytmatov Ensiklopediyası”nın “Çingiz Aytmatov və Azərbaycan” cildinin hazırlanması qərara alınıb. Folklor İnstitutunun və Mərkəzi Elmi Kitabxananın strukturları təsdiq edilib, Lənkəran Regional Elmi Mərkəzində herontoloji tədqiqatlar, Memarlıq və İncəsənət İnstitutunda isə türk sənət tarixi və mədəni irsi şöbələri yaradılıb.

XQ

Son xəbərlər