Özbəkistan Prezidentinin Azərbaycan XKX rəhbəri ilə görüşü

post-img

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədə işgüzar səfərdə olan  Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Orxan Sultanovu qəbul edib. 

Orxan Sultanov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını Özbəkistanın rəhbərinə çatdırıb.

Görüşdə ölkələr arasında indiyədək imzalanan sənədlərin həyata keçirilməsi kontekstində Özbəkistan–Azərbaycan müttəfiqlik münasibətlərinin və çoxşaxəli əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri nəzərdən keçirilib.

Müxtəlif səviyyələrdə davam edən intensiv təmaslar, səmərəli görüşlər, qarşılıqlı ticarətin daha da genişləndirilməsi, mədəni-humanitar sahədə əməkdaşlıq layihələrinin dəstəklənməsi və sürətləndirilməsi istiqamətində tərəflərin atdığı addımlar xüsusi məmnunluqla təqdir olunub.

Söhbət zamanı terrorizm, ekstremizm və radikalizm, kibercinayətkarlıq və digər müasir təhlükəsizlik çağırışları ilə mübarizədə idarələrarası sıx qarşılıqlı əməkdaşlığın və kəşfiyyat xidmətlərinin səmərəli əlaqələndirilməsinin gücləndirilməsinin vacibliyinə diqqət çəkilib.

K.Qulu
XQ

Son xəbərlər