BPA-nın prezidenti Azərbaycanda

post-img

Beynəlxalq Prokurorlar Assosiasiyasının sentyabrın 29-dan oktyabrın 2-dək Bakıda baş tutacaq 29-cu illik konfransında və ümumi yığıncağında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Dünən baş prokuror Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti, Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu Xidmətinin Baş prokuroru Juan Bautista Mahiquesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı tədbirə hazırlıq işlərinin gedişatı və bir sıra təşkilati məsələlər müzakirə edilib.

Görüşdə, həmçinin bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə məlumat verilərək BPA-nın Bakıda keçiriləcək 29-cu illik konfransı zamanı dünya prokurorları arasında hüquq-mühafizə orqanlarının iqlim dəyişikliyi ilə mübarizədə səfərbər olunması, habelə ekoloji cinayətlərə qarşı birgə mübarizə mövzularının təşviq və müzakirə olunmasının vacibliyi vurğulanıb.

Təşkilatın prezidenti səmimi qəbula görə minnətdarlığını ifadə edərək prokurorluq orqanlarında həyata keçirilən islahatları yüksək qiymətləndirib, milli prokurorluq orqanlarımızın rəhbərliyi tərəfindən assosiasiyanın işinə verilən dəyərli töhfə və daimi dəstəyə görə təşəkkür edib.

Son xəbərlər