Nyu-Yorkda Azərbaycanın COP29 Sədrliyinin təşkilatçılığı ilə ekspertlərdən, tanınmış şəxslərdən və keçmiş dövlət xadimlərindən ibarət Beynəlxalq Məşvərət Komitəsinin növbəti iclası keçirilib.
Tədbirin məqsədi komitənin ötən ay keçirilmiş görüşündən bəri COP29 Sədrliyinin əldə etdiyi irəliləyişlər barədə üzvləri məlumatlandırmaqdır.
COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev bildirib ki, COP29 komandası tərəfindən ambisiyaları artırmaq və fəaliyyətə təkan vermək planının həyata keçirilməsi istiqamətində mühüm addımlar atılıb. COP29 komandası BMT Baş Assambleyası və İqlim Həftəsi çərçivəsində Nyu-Yorkda 75-ə qədər tədbir və ikitərəfli görüşdə iştirak edib.
Muxtar Babayev həftə ərzində keçirilən tədbirlər, COP29-un irəli sürdüyü təşəbbüslər və bu təşəbbüslər ətrafında aparılan müzakirələr barədə məlumat verib.
Beynəlxalq Məşvərət Komitəsinin üzvləri, o cümlədən tanınmış liderlər İsmail Serageldin, Jan Baderşneyder, Vayra Vike-Freyberqa, Mariya Fernanda Espinoza, Hindu Umaru İbrahim və Patrisia Espinoza COP29-a hazırlıq prosesində görülən işləri yüksək qiymətləndiriblər.