Hakan Fidan: BMT liderlik edə bilmir

post-img

Birləşmiş Millətlər Təşkilatı artan təhlükələrə qarşı li­derlik nümayiş etdirə bilmir. Qlobal problemlərin ümumi həlli üçün effektiv struktur tələb olunur.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fi­dan Nyu-Yorkda davam edən BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində təşkil olunan “Gələcəyin zir­vəsi” adlı iclasda çıxışı zama­nı ifadə edib.

Beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin “tarixi sınaqdan” keçdiyini qeyd edən Hakan Fidan onların böhran və münaqişələrə həll yolu tapmaq imkanlarının azaldığını vurğulayıb.

“Qlobal problemlərin or­taq həlli üçün effektiv struk­tura ehtiyac var. Bu struktu­run daha əhatəli və çoxtərəfli olması zəruridir. BMT-də və xüsusilə, BMT Təhlükəsizlik Şurasında əhatəli islahatlara ehtiyac var. BMT-də qərarvermə mexanizmləri daha demokratikləşdirilməli və qütbləşmənin qarşısını almaq üçün yollar hazır­lanmalıdır. Beynəlxalq sülh və təhlükəsizliyi məhdud sayda ölkələrin “imtiyazlı qrup”unun əlinə vermək olmaz”.

Nazir çıxışı zamanı qlobal bərabərsizlik və ədalətsizliyin artdığına, bunların isə islamofobiya və ksenofobiyaya yol açdığına diqqət çəkib.

Beynəlxalq maliyyə strukturunda da islahatlara ehtiyac olduğunu vurğula­yan Fidan yalnız bu yolla davamlı inkişaf məqsədlərinə nail olmağın mümkün­lüyünü qeyd edib. O, ölkəsinin bu məqsədlərə çatmaq üçün hər bir platformada səylərini davam etdirəcəyini və beynəlxalq ictimaiyyətin Türkiyənin evsahibli­yi etdiyi BMT Texnologiya Bankına dəstəyini artıracağını gözlədiyini bildirib.

XQ

Son xəbərlər