“Ulduz”da “Gənc ürəklər”

post-img

Azərbaycan Yazıçılar Birliyinin ədəbi-bədii nəşri olan aylıq “Ulduz” jurnalının sentyabr sayı işıq üzü görüb. Jurnalın bu nömrəsi Türkiyənin “Gənc ürək­lər” dərgisinə həsr edilib. 

“Ulduz”un və “Gənc ürəklər”in birgə layihəsinə əsasən, dərc olunan yeni sayda 51 türk müəllif yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi bu­dur: “Dildə, fikirdə, işdə birlik!” “Gənc ürəklər”in baş redaktoru Mühterem Şahin bildirib ki, tezliklə Azərbay­can ədiblərinin əsərlərindən ibarət xüsusi sayımız çap olunacaq. Azərbaycan türkcəsində dərci nəzərdə tutulan “Gənc ürəklər” “Ulduz” jurnalının göndərdiyi materi­allar əsasında işıq üzü görəcək. Bu təşəbbüs dərgilərin “İki millət, bir dövlət!” şüarını rəhbər tutmasının təza­hürüdür. 

Ortaq əlifbanın artıq arzudan gerçəyə çevrildiyi ta­rixi günlərdə ədəbi gənclik nəşrlərinin birgə əməkdaş­lığı Azərbaycan–Türkiyə qardaşlığının bariz nümunə­sidir.

XQ

Mədəniyyət