Bakıdan oğurlanmış “VAZ-2104” Sabirabadda tapıldı

post-img

Sentyabrın 22-də paytaxtın Nizami rayonu ərazisindən “VAZ-2104” markalı avtomobilin qaçırılması barədə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə məlumat daxil olub. Məlumatı DİN mətbuat xidməti verib. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil Sabirabad rayon sakini S.Bağırovun həyətində sökülmüş vəziyyətdə tapılıb. S.Bağırov şübhəli şəxs qismində saxlanılıb.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş R.Məmmədov və Ş.Hüseynov da saxlanılıblar. 
Araşdırma aparılır.

 

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər