Xətai rayonunda 4 narkokuryerdə 16 kiloqram marixuana aşkarlanıb

post-img

Xətai Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı İbrahim Müzəffərov, Səbuhi Həsənov, Əli Şərifov və Mətin Rzayev saxlanılıblar. Onlardan ümumilikdə 16 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb. Məlumatı DİN mətbuat xidməti verib.  

Xətai Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin son bir ayda həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotiklərlə bağlı ümumilikdə 50 fakt müəyyən edilib. Həmin şəxslərdən müxtəlif növ narkotik vasitələr aşkarlanıb.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları isə evlərdən birindən oğurluq edən, əvvəllər də eyni cinayət əməlinə görə məhkum olunmuş Emin Məmmədovu saxlayıblar. Onun mənzildən 1500 manat oğurladığı müəyyən olunub. E.Məmmədovun paytaxt ərazisində digər bu kimi cinayətlər törədib-törətmədiyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

 

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər