Si Cinpin: Planetdə davamlı sülh və təhlükəsizliyə nail olmalıyıq

post-img

Çin ardıcıl olaraq planetdə sülh və təhlükəsizlik mühiti yaradılmasının, münaqişələrin aradan qaldırılmasının tərəfdarıdır və bu istiqamətdə səylər göstərəcək. Bunu Çin sədri Si Cinpin bildirib. Məlumatı “İnterfaks.ru” verib. 

“Çin qlobal təhlükəsizlik təşəbbüsünü həyata keçirdi və beynəlxalq münaqişələrin əsas səbəblərini aradan qaldırmaq, qlobal təhlükəsizlik idarəçiliyini təkmilləşdirmək və davamlı sülh və qlobal təhlükəsizliyin qurulması üçün aramsız səylər göstərmək üçün davamlı olaraq bütün tərəflərdən konsensus əldə etməyə çalışdı”, - deyə Çin lideri Pekində 11-ci Syanşan Təhlükəsizlik Forumunun açılışı münasibətilə təbrikində bildirib.

O, forumun “bərabərlik, açıqlıq ruhunu dəstəkləməyə, konsensus yaratmağa və qarşılıqlı etimadı dərinləşdirməyə, həmçinin qlobal təhlükəsizlik problemlərinin birgə həllinə yeni və daha mühüm töhfələr verəcəyinə” əminliyini bildirib.

Çinin müdafiə naziri Donq Jun forumun açılışında çıxış edərək, bütün beynəlxalq münaqişələrin sülh yolu ilə həllinə çağırıb: “Ukrayna böhranı və İsrail-Fələstin münaqişəsi kimi aktual problemləri həll etmək üçün sülh və danışıqları təşviq etmək yeganə çıxış yoludur. Bütün ölkələr dinc inkişafı və inklüziv idarəçiliyi təşviq etməlidir”.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya