Putin: Rusiya ərazisi Qərb silahları ilə vurularsa…

post-img

RF prezidenti Vladimir Putin Birləşmiş Mədəniyyətlər Forumunun plenar iclasındakı çıxışında federasiya ərazisinə uzaqmənzilli Qərb silahları ilə zərbələrin endirilməsinin mümkünlüyü haqqında sualları cavablandırıb. Məlumatı “Anadolu” verib. 

“Ukraynanın Rusiya ərazisinə yüksək dəqiqlikli Qərb silahları ilə zərbələr endirməsi NATO ölkələrinin müharibədə birbaşa iştirak etməsi anlamına gələcək”, - deyə Putin bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin özü belə zərbələr endirmək iqtidarında deyil - bu, yalnız Ukraynada olmayan NATO peyklərinin məlumatlarından istifadə etməklə baş verə bilər və yalnız alyansın hərbi qulluqçuları “bu raketləri idarə edə bilər”.

“Bu, NATO ölkələrinin birbaşa hərbi münaqişəyə cəlb edilib-edilməməsi ilə bağlı qərar verməklə bağlıdır”, - deyə prezident bildirib.

Putinin fikrincə, qərar qəbul olunarsa, bu, münaqişənin mahiyyətini dəyişəcək və bu, NATO ölkələrinin Rusiya ilə müharibə vəziyyətində olması demək olacaq.

“Əgər belədirsə, o zaman bu münaqişənin mahiyyətindəki dəyişikliyi nəzərə alaraq, bizim üçün yaranacaq təhlükələrə əsaslanaraq müvafiq qərarlar qəbul edəcəyik”, - deyə prezident yekunlaşdırıb.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya