Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilir.
Gündəlikdə Mərkəzi Seçki Komissiyasının sentyabrın 10-da keçirilən iclasının protokolunun təsdiqlənməsi və Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılması nəzərdə tutulur.