BMU-nun daha bir məzunu “Stipendium Hungaricum” təqaüdünü qazanıb

post-img

Bakı Mühəndislik Universitetinin (BMU) məzunu Məryəm Məmmədzadə Böyük Britaniya, İsveç və Macarıstan universitetlərindən qəbullar alıb. “Stipendium Hungaricum” təqaüd proqramını qazanan M.Məmmədzadənin seçimi Macarıstanın Szeged Universiteti olub.

BMU-dan bildirilib ki, o, magistratura təhsilini bu universitetdə tətbiqi riyaziyyat ixtisası üzrə davam etdirəcək. BMU-nun riyaziyyat müəllimliyi ixtisasını fərqlənmə diplomu ilə başa vuran M.Məmmədzadə təhsil aldığı dövrdə bir sıra proqramlarda fəal iştirak edib. 2020-ci ildə “Abb Tech” proqramlaşdırma akademiyasının təqaüdçüsü olub, “Back End Developer”i fərqlənmə diplomu ilə bitirib.

Yüksək bacarıqları ilə seçilən BMU məzunu 2021-ci ildən “ABB Startap” və “Azərbaycan 500 ASAN Startap” proqramında startap-sahibkar olub. Eyni zamanda, həmin ildən “LANDAU School”da riyaziyyat müəllimi vəzifəsində çalışır və məktəbin bir sıra hazırlıq proqramlarında yaxından iştirak edir.



Təhsil