Azərbaycan–Ukrayna diplomatik məsləhətləşməsi

post-img

Sentyabrın 10-da Xarici İşlər naziri Ceyhun Bayramov ilə Ukraynanın yeni təyin olun­muş Xarici İşlər naziri Andrey Sibiqa arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı Azərbaycan ilə Ukrayna arasında mövcud əməkdaşlıq gündəliyi, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

Nazir Ceyhun Bayramov həmkarını Ukraynanın xarici işlər naziri vəzifəsinə təyin edilməsi münasibətilə ürəkdən təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir Andrey Sibiqa təbriklərə görə təşəkkür edib, Azərbaycan və Ukrayna ara­sında mövcud əməkdaşlığın bundan sonra da gücləndirilməsinə ümidvar olduğunu deyib.

Ukrayna ətrafında yaranmış təhlükə­sizlik vəziyyəti ilə bağlı Azərbaycan tərə­findən göstərilən humanitar yardımlar, xüsusilə, İrpen şəhərində infrastrukturun bərpası və yenidənqurmasına, habelə mi­natəmizləmə fəaliyyətinə göstərilən dəstək minnətdarlıqla xatırlanıb.

***

Həmin gün xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinin ölkəmizdəki səfiri Abdullah Mohamed Abdullah Alma­uidini ölkəmizdəki diplomatik fəaliyyəti­nin başa çatması ilə əlaqədar qəbul edib.

Ceyhun Bayramov Azərbaycan və Kü­veyt arasında mövcud əməkdaşlığın inkişa­fı istiqamətində göstərdiyi səylərə görə ona təşəkkür edib, gələcək fəaliyyətində uğur­lar arzulayıb.

Regional və beynəlxalq təşkilatlar, xü­susilə BMT, İslam Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan ərazilərinin 30 ilə yaxın iş­ğalı dövründə Küveyt tərəfindən ərazi bü­tövlüyümüz və suverenliyimizə göstərilən dəstək minnətdarlıqla xatırlanıb.

Səfir ölkəmizdəki diplomatik fəaliyyə­tinin yekunlaşması ilə əlaqədar qəbula, ha­belə xoş arzulara görə təşəkkürünü bildirib, Azərbaycan və Küveyt arasında mövcud əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə inkişafda olacağına əminlik ifadə edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq do­ğuran digər məsələlər ətrafında fikir müba­diləsi aparılıb.

XQ



Son xəbərlər