Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü

post-img

Sentyabrın 10-da Batumi şəhərində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülerin və Gürcüstanın Müdafiə naziri İrakli Çikovani arasında üçtərəfli görüş keçirilib.

Görüşdə əsrlərdir xalqlarımızın mehri­ban qonşuluq və dostluq şəraitində yaşadı­ğı, hazırda da dövlət və hökumət başçıla­rımızın rəhbərliyi ilə qarşılıqlı əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi xüsusi ola­raq qeyd edilib.

Qarşılıqlı etimada əsaslanan əməkdaş­lığın xalqlarımızın xoşbəxt gələcəyi və ri­fahının təmin olunması baxımından böyük əhəmiyyət kəsb etdiyi bildirilib.

Üçtərəfli görüşdə müasir dövrün çağı­rışları, eləcə də regionumuzun təhlükəsiz­liyinə təhdid törədə biləcək amillərlə mü­barizədə birgə səylərin birləşdirilməsinin və bu istiqamətdə fəaliyyətlərin qarşılıqlı əlaqədə həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Müdafiə nazirləri üçtərəfli və ikitərəfli birgə təlimlərin, qarşılıqlı təcrübə müba­diləsinin əhatə dairəsinin genişləndirilmə­sinin əhəmiyyətini diqqətə çatdırıblar.

Əminliklə vurğulanıb ki, müdafiə sahə­sində üçtərəfli əməkdaşlığın inkişafı yalnız ölkələrimiz üçün deyil, eləcə də regionda dayanıqlı sülhün, sabitliyin və təhlükəsizli­yin bərqərar olmasına böyük töhfələr verə­cək.

Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlı­ğın yeni perspektivləri müzakirə olunub, həmçinin qarşılıqlı maraq doğuran bir çox mövzularla bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Sonda üçtərəfli görüşün yekununa dair protokol imzalanıb və media nümayəndələ­ri üçün mətbuat konfransı keçirilib.

***

Həmin gün Batumidə Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Gür­cüstanın Müdafiə naziri İrakli Çikovani arasında ikitərəfli görüş keçirilib.

Nümayəndələrin iştirakı ilə keçirilən görüşdə İrakli Çikovani ölkələr arasında əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm rol oynadığını vurğu­layıb.

Zakir Həsənov bir çox sahələrdə oldu­ğu kimi, hərbi sahədə də əlaqələrimizin da­vamlı olaraq inkişaf etdiyini qeyd edib. O bidirib ki, qarşılıqlı səfərlərin və müxtəlif formatda görüşlərin keçirilməsi ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunun bariz nümunəsidir.

Görüşdə ölkələr arasında hərbi əmək­daşlığın perspektivlərindən danışılıb, həmçinin birgə təlimlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb. Ölkələrin beynəlxalq səviyyədə qəbul olunmuş ərazi bütövlüyünün dəstək­ləndiyi diqqətə çatdırılıb.

Sonra tərəflər regionda sülhün və təh­lükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlı­ğın yeni perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

***

Müdafiə naziri general-polkovnik Zakir Həsənov dünən Batumi şəhərində Türkiyə­nin Milli Müdafiə naziri Yaşar Güler ilə də görüşüb.

Görüşdə müdafiə nazirləri Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın, strateji müttəfiqliyin yüksək səviyyədə olduğunu, eyni zamanda dostluq və qardaşlıq müna­sibətləri üzərində qurulduğunu diqqətə çat­dırıblar.

İkitərəfli görüşdə birgə təlimlərin, təcrübə mübadiləsinin intensivliyinin ar­tırılması, regionda və dünyada mövcud hərbi-siyasi proseslər, bölgədə dayanıqlı sülhün və sabitliyin təmin edilməsi yolları, həmçinin qarşılıqlı maraq doğuran müxtəlif məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılıb.

XQ

Son xəbərlər