Mərkəzi Seçki Komissiyasının iclası

post-img

Sentyabrın 10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. 

Əvvəlcə Komissiyanın sentyabrın 9-da keçirilən iclasının protokolu təsdiq edilib. 

Sonra 2024-cü il sentyabrın 1-də keçi­rilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqə­dar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Media mən­subları tərəfindən operativ şəkildə işıq­landırılan iclasda öncə müraciətlər barədə ətraflı məlumat verilib, beynəlxalq müşa­hidə missiyalarının təmsilçilərinə, media nümayəndələrinə və maraqlı subyekt­lərə daxil olan müraciət və məlumatların hərtərəfli, obyektiv və şəffaf araşdırılması prosesində yaxından iştirak etmək üçün hər cür imkan yaradıldığı vurğulanıb. Vətən­daşların seçki hüquqlarının daha səmərə­li təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər komissiya üzv­ləri tərəfindən geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.

Mərkəzi Seçki Komissiyasının iclasın­da, həmçinin cari məsələlərə də baxılıb.

Son xəbərlər