Şuşada hamı seçkiyə gedəcək

post-img

“124 saylı Şuşa–Ağdam–Xocavənd seçki dairəsinin 47 saylı seçki məntəqə­si yeni yaranıb. Şuşalılar ilk dəfə gəlib burada səs verəcəklər. İnanırıq ki, yeni yaradılan bu məntəqədə seçki fəallığı yüksək olacaq”.

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bu fikirləri 124 saylı Şuşa–Ağdam–Xocavənd Seçki Dairəsinin 47 saylı seçki məntəqəsinin sədri Eldar Salahov bildirib.

O deyib ki, şuşalılar hər zaman seçkilərdə fəal iştirak ediblər: “Bura­da ilk dəfə səs verəcək gənclərimiz olacaq, bundan başqa, yaşlılarımız da bir nəfər kimi seçkiyə gələcəklər”

Xatırladaq ki, Şuşada yeni yara­dılan 47 saylı məntəqədə 899 seçici səs verəcək.

Son xəbərlər