Seçkiləri ATƏT PA-nın 60-a yaxın müşahidəçisi izləyəcək

post-img

Növbədənkənar parlament seçkilərini izləmək üçün ATƏT Parlament Assambleyasınının (PA) 60-a yaxın müşahidəçisi Azərbaycana gələcək.

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bu, ATƏT PA-nın 1995-ci ildən indiyədək Azərbaycanda apardığı 11-ci seçki müşahidəsi olacaq.

ATƏT PA-dakı İrlandiya nümayəndə heyətinin rəhbəri Maykl Krid qurumun qı­samüddətli müşahidə missiyasının xüsusi əlaqələndiricisi və rəhbəri vəzifəsində ola­caq. ATƏT PA-nın müşahidəçilər heyətinə isə Çexiyadan Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər üzrə Baş Komitə­nin sədri Lüsiya Potuçkova rəhbərlik edə­cək

Beynəlxalq müşahidəçilər seçkilər günü Azərbaycanın müxtəlif bölgələrinə getməzdən əvvəl Mərkəzi Seçki Komis­siyası, vətəndaş cəmiyyətinin nümayən­dələri, deputatlığa namizədlər, partiya nümayəndələri və ekspertlər tərəfindən məlumatlandırılacaqlar.

“Xüsusilə, altı ay əvvəl həyata keçirilən növbədənkənar prezident seçkiləri və bu yaxınlarda Azərbaycanın evsahibliyi edə­cəyi BMT-nin genişmiqyaslı beynəlxalq tədbiri (COP29) nəzərə alınmaqla, şübhə­siz ki, növbədənkənar parlament seçkiləri böyük əhəmiyyət kəsb edir. Əsas məqsə­dimiz Azərbaycan xalqı üçün demokratik standartlar və dəyərlərin qorunması ilə yanaşı, ədalətli və şəffaf seçki prosesini dəstəkləmək, qərəzsiz və hərtərəfli qiy­mətləndirmə aparmaqdır”, – deyə M.Krid bildirib.

“ATƏT PA-nın beynəlxalq müşahidə­çilərdən ibarət nümayəndə heyətinə başçı­lıq etmək mənim üçün şərəfdir. Seçkilərin demokratik prinsiplərə uyğunluğu, azad səsvermə prosedurunun təmin edilməsi, ədalətli seçki kampaniyasının keçirilməsi və digər məsələlərə nəzarət etmək üçün Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) ilə sıx əməkdaşlıq edə­cəyik”, – deyə Lüsiya Potuçkova diqqətə çatdırıb.

Məlumatda o da qeyd olunub ki, seç­kilərin müşahidəsi ilə bağlı yekun rəylər sentyabrın 2-də Bakıda keçiriləcək mətbu­at konfransında təqdim ediləcək.

Son xəbərlər