Xankəndi səsverməyə hazırdır

post-img

Xankəndidə seçkiyə hazırlıq prosesi bir həftədir ki yekunlaşıb.

Bunu “Report”un Qarabağa ezam olu­nan əməkdaşına 122 saylı Xankəndi Seçki Dairəsinin 14 saylı məntəqəsinin sədri İm­ran Mirzəyev deyib.

O bildirib ki, seçkilərə hazırlıq prosesi çox yüksək səviyyədə keçir: “Bütün təchi­zatlar hazır vəziyyətdədir. Seçki məntəqə­mizin üzvləri treninqlərdə iştirak ediblər və tam hazırdırlar. İnşallah, seçkiləri çox yüksək səviyyədə keçirəcəyik”.

Məntəqə sədri qeyd edib ki, artıq bütün seçicilərə bildirişlər paylanılıb. “Sevin­dirici haldır ki, ilk dəfə azad Xankəndidə səs verəcək gənclərimiz var. Onlar ilk dəfə bu seçkidə məntəqəyə gələcəklər. Qürur­luyuq, fəxr edirik ki, öz torpağımızda səs verəcəyik”, – deyə İ.Mirzəyev bildirib.

Son xəbərlər