Müşahidəçilərdən ərizə qəbulu başa çatıb

post-img

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki dairəsinin ərazisində müşahidə aparılması üçün ərizələrin müvafiq komissiyalara təqdim edilməsi üçün son gündür.

Bu qayda Mərkəzi Seçki Komissiyası­nın (MSK) “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini ta­pıb.

Seçki Məcəlləsinə əsasən, müşahidəçi­lik üçün aktiv seçki hüququna malik Azər­baycan vətəndaşları (öz təşəbbüsü ilə, qey­də alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahə­sində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında) müraciət edə bilərlər.

Mövcud qanunvericiliyə görə, ərizələ­rin qəbulu seçkilərin təyin edilməsi haqqında sərəncam rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilmə­sinə beş gün qalanadək həyata keçirilir.

Təqvim planında bu tarix 2024-cü il avqustun 27-dək müəyyən olunub.



Son xəbərlər