Seçki xəbərləri

post-img

Davamlı inkişafa seçici dəstəyi

“Azərbaycanda qarşıdan gələn parla­ment seçkiləri təkcə işğaldan azad edil­miş ərazilərdə ilk dəfə keçiriləcəyinə görə deyil, həm də Vətənimizin dirçəlişində irəliyə doğru mühüm addım olduğu üçün əlamətdardır. Biz Qarabağın yenidən can­landığının şahidi oluruq: şəhərlər, kəndlər bərpa olunur, boş qalan evlərə həyat qayı­dır. Doğma yurdlarına qayıdan insanlar bu tarixi hadisədə iştirak edərək, Milli Məc­lisdə öz nümayəndələrini seçmək imkanı əldə edəcəklər”.

Bu fikirləri “Seçki 2024” Müstəqil Me­dia Mərkəzinə Bakı şəhər 8 nömrəli mək­təbin tarix müəllimi Mehriban İbrahimova deyib.

Sabunçuda 2 gənc də seçkiyə qoşulacaq

“29 saylı Sabunçu dördüncü seçki dairəsi üzrə 37 açıq, 4 qapalı tipli seç­ki məntəqəsi fəaliyyət göstərir. Seçki məntəqələrinin bəzilərində veb-kameralar quraşdırılıb”. Bunu “Seçki 2024” Müstəqli Media Mərkəzinə açıqlamasında 29 saylı Sabunçu dördüncü DSK-nın sədri Gülnarə Hüseynova deyib. O bildirib ki, dairə üzrə 2 seçicinin 18 yaşı seçki günü tamam ola­caq. DSK sədri onu da dedi ki, təşviqat plakatları xüsusi ayrılan yerlərə vurulub, eyni zamanda maarifləndirici materiallar da asılıb. Proses MSK-nın Təqvim panına əsasən aparılır. 

Onlayn media seçki aynası olacaq

“Seçkilərin təşviqat mərhələsi davam edir. Budəfəki parlament seçkilərinin ta­mam fərqli ab-havada keçirildiyini qeyd edə bilərəm. Parlament seçkiləri qalib Azərbaycanın bütün regionlarında baş tutacaq. 30 ildən sonra Xankəndidə, Xo­calıda və digər bölgələrimizdə parlament seçkiləri keçiriləcək. Bu, olduqca mühüm məqamdır və tamam fərqli ovqatdır. Ölkə­nin onlayn media subyektləri də prosesdə aktiv iştirak edirlər”. Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıq­lamasında “Bakivaxti.az” saytının baş re­daktoru Qalib İbrahimoğlu deyib.





Son xəbərlər