Səsvermə günü polisin vəzifəsi

post-img

Milli Məclisə seçkilərin keçirilməsinə 5 gün qalıb. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 991 namizəd mübarizə aparacaq. Seçkilərlə əlaqədar seçki məntəqələri səhər saat 8-də açılacaq və səsvermə 19:00-a qədər davam edəcək.

Maraqlıdır, polis əməkdaşları səsver­mə günü hansı vəzifələri yerinə yetirir? Onlara nələri etmək qadağandır?

“Seçki 2024” Müstəqil Media Mərkə­zinin məlumatına görə, polis əməkdaşı Azərbaycan Respublikasının icra haki­miyyətinə mənsub olan vahid mərkəzləş­dirilmiş hüquq-mühafizə orqanında vəzifə tutan və “Polis haqqında” qanunla və digər qanunvericilik aktları ilə müəyyənləşdiril­miş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur.

O, qanunvericilikdə nəzərdə tutulmuş qaydada ictimai qaydanın qorunması və ic­timai asayişin bərpa edilməsi kimi xidməti vəzifələri yerinə yetirir. Polis əməkdaşları­nın qanunazidd hərəkətləri qanunvericilik­də nəzərdə tutulmuş qaydada məsuliyyət yaradır.

Azərbaycan vətəndaşı kimi polis əməkdaşının da qanunvericilikdə müəy­yənləşdirilmiş qaydada seçkilərdə seçici qismində iştirak etmək hüququ var. Milli Məclisə seçkilər zamanı qeydiyyatdan çıx­ma vəsiqəsi müvafiq seçki dairəsinin əra­zisində tətbiq edilir. Əgər polis əməkdaşı seçki günü fəaliyyəti ilə əlaqədar aid oldu­ğu seçki məntəqəsində səs verə bilmirsə, o, qeydiyyatdan çıxma vəsiqəsi ilə ərazisin­də olduğu seçki məntəqəsində səsvermə­də iştirak edə bilər. Qeydiyyatdan çıxma vəsiqəsi dairə seçki komissiyasından səs­vermə gününə 45-25 gün qalmış, məntəqə seçki komissiyasından isə səsvermə gü­nünə 24-3 gün qalmış götürülə bilər.

Polis əməkdaşı səsvermə günü nələri etməlidir?

- əməkdaşı səsvermə günü xidməti for­mada olmalıdır;

- xidməti vəzifəsini seçki məntəqəsi yerləşən binadan azı 100 metr aralıda ye­rinə yetirməlidir;

- Seçki Məcəlləsinin 104.14-cü mad­dəsinə əsasən səsvermədə seçici kimi işti­raketmə hallar istisna edilməklə, səsvermə zamanı seçki məntəqəsində olması qada­ğandır;

- yalnız məntəqə seçki komissiyası sədrinin dəvəti ilə ictimai asayişi bərpa et­mək üçün səsvermə otağına daxil ola bilər. Bu zaman səsvermə müvəqqəti olaraq da­yandırılır. 

Polis əməkdaşı ictimai asayişi bərpa edərkən qanunvericiliyin müvafiq tələb­lərinə əmək etməli, ictimai asayiş bərpa edildikdən sonra dərhal seçki məntəqəsini tərk etməli və öz xidməti vəzifəsini yuxarı­da göstərilən məsafədə yerinə yetirməlidir.



Son xəbərlər