Dünən gecə ilin ilk Super Ayı bədirləndi

post-img

Dünən axşam saat 22:26-da Azərbaycan ərazisində 2024-cü ilin ilk Super Ayı müşahidə olundu. Astronomlar Ayın Yer ətrafında bu görünüşünü Mavi Super Ay adlandırırlar.

Şamaxı Astrofizika Rəsədxanasının mediaya dünənki açıqlamasında bildirilib ki, bu səma hadisəsi zamanı Ay 14 faiz bö­yük və 30 faiz parlaq görünür. Buna görə də avqustun 19-da Ay saat 19:41-də doğub və səhər saatlarınadək səmada aydın görün­dü. Bu zaman Yerlə Ay arasındakı məsafə 361,969 kilometrə bərabər oldu. 

Xatırladaq ki, Ayın orbiti tam dairəvi deyil, elliptik olduğundan, Yerlə onun bu peyki arasındakı məsafə daim dəyişir. Ay öz perigeyində bədirlənmiş Ay fazasına uy­ğun gələrsə, o zaman buna Super Ay deyilir. Xalqımız Super Ayı keçmişdə bədirlənmiş, yəni təmiz və işıqlı Ay deyə vəsf edib. İlin sonunadək Super Ay fəzada sentyabrın 18-də, oktyabrın 17-də və noyabrın 15-də də görünəcək.

XQ

Son xəbərlər