Şamaxıda tarixi abidələr bərpa edilib

post-img

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qobustan və Şamaxıda bir sıra tarixi abidələrdə aparılmış bərpa işləri ilə tanış olub. 

Qobustanda “Diri Baba” türbəsində olan Leyla Əliyevaya məlumat verilib ki, XV əsrə aid abidə öz unikallığı ilə bütün Qafqaz bölgəsində seçilir. “Diri Baba” tür­bəsi əsrlər boyu Azərbaycan xalqı tərəfin­dən müqəddəs yer kimi tanınıb. Bu tarixi abidə Prezident İlham Əliyevin tapşırığı­na uyğun olaraq 2022-ci ildə bərpa edilib. Abidənin ətrafındakı qəbiristanlıq və ma­ğaralarda tədqiqat işləri aparılıb. Eləcə də abidənin turistlər tərəfindən ziyarəti üçün müvafiq infrastruktur yaradılıb. 

Leyla Əliyeva Şamaxıda Kələxana türbələrində də olub. Türbələrdə arxeo­loji tədqiqat işləri 2022-ci ildə başa çatıb. Arxeoloji tədqiqatlar zamanı türbələr və ərazidəki tikililərin tarixinin XII əsrə ge­dib çıxdığı müəyyən edilib. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən Kələxa­na türbələrində hazırda bərpa və konserva­siya işləri aparılır. 

Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə son illər Şamaxıda Şahxəndan türbəsi, Pirsaat ziyarətgah kompleksində, eləcə də digər tarixi, dini və mədəni abi­dələrdə bərpa və konservasiya işləri həyata keçirilib. 

Heydər Əliyev Fondunun vitse-prezi­denti Leyla Əliyeva Şamaxıya səfəri za­manı şəhid heykəltəraş Samir Kaçayevin ailəsi ilə görüşüb. Samir Kaçayev 2016-cı il Aprel döyüşləri zamanı qəhrəmancasına həlak olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təl­tif edilib.

Leyla Əliyeva Şamaxıda müxtəlif kəndlərin sakinləri ilə də görüşüb. 

XQ



Son xəbərlər