Menendezin acı aqibəti bütün anti-Azərbaycançılara görk olmalıdır
Korrupsiyada təqsiri sübuta yetirilən ermənipərəst senator Bob Menendez bir də müstəqil namizəd kimi seçkidə iştirak edə bilməyəcək. Elə bu səbəbdən ispan əsili rüşvətxor hüquqşünas siyasi karyerasını da başa vurduğunu elan edib. Bu gün onun tərcümeyi-halına və xidməti dosyesinə senator postunu birdəfəlik tərk edəcəyi gün kimi yazılacaq. “Amerikanın səsi” radiosunun məlumatda belə deyilir.
Oxucuların yadına salaq ki, iyulun ortalarında Nyu-York Məhkəməsinin federal münsiflər heyəti Menendezi “rüşvətxorluqda, ölkə əleyhinə xarici agent kimi fəaliyyət göstərməkdə və ədalət mühakiməsinə mane olmaqda” təqsirini sübuta yetirərək uzunmüddətli həbsxana cəzasına məhkum edib. İttiham aktına görə, Menendez Konqresdəki nüfuzundan istifadə edərək, “üç iş adamından yüz minlərlə dollar nağd pul, qızıl külçə, avtomobil və daşınmaz əmlakın müqabilində Misirə yardım üçün milyardlarla dollar ayrılmasını təmin edib”.
Hələ aprel ayında “The New York Post” yazırdı ki, bütün bu sübutlar FTB-nin “senatorun 1,2 milyon dollar dəyərində olan evində” apardığı axtarış nəticəsində müvafiq strukturlar tərəfindən aşkar edilib. Bundan sonra məhkəmə Menendez, onun həyat yoldaşı, qısa dekolte geyindiyinə görə ərinin “ədəbsiz”dediyi erməni əsilli Nadine Arslanyan, eləcə də nyu-cersili üç iş adamı barəsində də hökm çıxarıb. Prokuror Paul Monteleoni yekun çıxışında vurğulayıb ki, bədnam senator bütün bu saxtakarlıqlarda aparıcı rolu oynayıb, onun “axçesi” Arslanyan isə cinayətkar xidmətlər üçün “ödənişlərin həyata keçirilməsində vasitəçi” olub.
ABŞ mediası xəbər verir ki, dələduz senatora oktyabrın 29-da hökm oxunacaq və “o, ömrünün qalan hissəsini həbsxana divarları arasında keçirməli olacaq”. Bu, ermənipərəst senatorun Azərbaycana qarşı muzdlu siyasətinin acı nəticəsidir Ömrünün böyük hissəsini anti-Azərbaycançılıq fəaliyyətinə xərcləmiş senatorun haqq etdiyi son aqibəti ABŞ-nin erməni lobbisi və diasporu ilə “işbirliyi”ndə olan digər siyasətçiləri üçün dərs olmalıdır. Konqresin Nümayəndələr Palatasının üzvü, Ermənistanla iş üzrə komitəsinin həmsədri, “Azərbaycanın Ermənistana davam edən təcavüzü” barədə dəfələrlə danışan Frenk Pallonenin bundan dərs götürməyə daha çox ehtiyacı var. Hayların pulları ilə “danışan” bu başıbəla konqresmen Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı mövzusuna, erməni barbarların dinc soydaşlarımıza qarşı davamlı mina terroru məsələsinə heç vaxt toxunmayıb.
Əksinə, Azərbaycana qarşı ədalətsiz sanksiyaların tətbiqinə çağırışlar edən məhz cənab Pallone idi. Bu ilin aprelində Ermənistana hərbi yardım göstərilməsinin fəal təşəbbüskarlarından biri o idi. İndi cənab Pallone şlyapasını qabağına qoyub yaxşı-yaxşı fikirləşsin. “Menendez-geyt”dən ibrət götürməli anti-Azərbaycan siyasətinin aparıcı lobbiçiləri – senatorlar Bencamin Kardin və Elizabet Uorren də özləri üçün müəyyən nəticələr çıxarmalıdırlar.
Aydın məsələdir ki, Menendez və onun erməni sevgilisinin “korrupsiya dosyesi” Avropa Parlamentinin keçmiş vitse-prezidenti Eva Kilinin adı ilə bağlı qalmaqalı yaxşı xatırlayan avropalı siyasətçilərin diqqətindən kənarda qala bilməzdi.
Azərbaycana qarşı ədalətsiz mövqe tutmaq heç kəsə başucalığı gətirməyib və belələri sonda çirkin əməllərinə görə layiq olduqları cəzalarını alıblar. Erməninin puluna satılmışları – istər ayrı-ayrı dövlət başçıları olsun, istərsə də müxtəlif ranqlı siyasətçilər, yaxud hüquqşunaslar olsun, – hamısını Menendez kimi, acı aqibət gözləyir. Bütün ermənipərəstləri oxşar sonluq gözləyir.
Bu hadisə ermənifob siyasətçilərin anti-Azərbaycan lobbiçilik fəaliyyətinin nə ilə nəticələnəcəyini əyani şəkildə nümayiş etdirdi.
İ.HƏSƏNQALA
XQ