“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

post-img

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

Heydər Əliyev Beynəlxalq Aeropor­tu, 2 saylı terminalın 5-ci mərtəbəsi üçün ofis mebellərinin satın alınması məqsə­dilə açıq tenderin həyata keçirilməsi niy­yətindədir. 

Bu məqsədlə, “Azərbaycan Hava Yolları” QSC tərəfindən iştirakçıların uyğunluğunun əvvəlcədən müəyyənləş­dirilməsi proseduru elan edilir. Qeyd olu­nan prosedurdan müvəffəqiyyətlə keçən iştirakçılar açıq tender prosedurunda işti­rak etmək hüququnu qazanaraq tenderin əsas şərtlər toplusunu əldə edə biləcəklər. 

Heydər Əliyev Beynəlxalq Aeropor­tu, 2 saylı terminalının 5-ci mərtəbəsi üçün ofis mebellərinin satın alınması məqsədilə açıq tenderdə iştirak etmək niyyətində olan iştirakçılar uyğunluğun əvvəlcədən müəyyənləşdirilməsi prose­duru üçün [email protected] elektron poçt ünvanına yazılı müraciət etməklə prosedurun sənədlər toplusunu əldə edə bilərlər. 

Sənədlər iştirakçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prose­durunun sənədlər toplusunda qeyd olu­nan qaydalara əsasən təqdim edilməlidir. Qeyd olunan qaydalara uyğun təqdim edilməyən sənədlər geri qaytarılacaqdır. 

Prosedur sənədləri sənədlər toplusu­na əsasən hazırlanaraq 23 avqust 2024-cü il, saat 17.00-a qədər [email protected] elektron poçt ünvanına təqdim edilmə­lidir. 

Prosedur üzrə nümayəndənin əlaqə məlumatları: mütəxəssis – Nicat Cabbar­lı, mobil: (+994) 55 296 76 07. 

Satınalmalar idarəsi

Reklam və elan