Gürcü məktəbinin azərbaycanlı qızıl medalçısı

post-img

Bu kiçik yazımın qəhrəmanı bu il tələbə adını qazanmış, Gürcüstanda doğulub boya-başa çatan və orta məktəbi qızıl medalla bitirən Yeganə Əfəndiyevadır. 

Yeganə ziyalı bir ailədə doğulub. Atası Bəhruz Əfəndiyev Gürcustan Ali Hərbi Məktəbinin məzunudur. Hazırda Gürcüstan Daxili İşlər Nazirliyinin polkovnikidir. Anası Marneuli rayonu Alqet kəndindəki 3 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. 

Yeganə Rustavi şəhər 25 nömrəli tam orta məktəbi gürcü dilində bitirib. Birinci sinifdən əla qiymətlərlə oxuyub. Orta məktəbi qızıl medalla başa vurub. 

Yeganə qəbul imtahanlarında da yüksək göstərici əldə edib. Onun arzusu Tbilisi Dövlət Universitetinin tibb və təbiət elmləri fakültəsində, yaxud Tbilisi Dövlət Tibb Universitetində təhsil almaqdır. Hər iki ali məktəbə yığdığı bal keçərlidir. Avqustun 20-də nəticələr bilinəcək. 

Arzumuz budur ki, Yeganə Əfəndiyeva kimi yeniyetmə gənclərimiz öz biliyi, savadı, yüksək intellekti sayəsində yaşadıqları ölkələrdə nüfuz və söz sahibi olsunlar.    

Kəmalə Abdinova 
XQ  

 

Son xəbərlər